Vertolyot qəzaya düşdü, 5 nəfər öldü


11:15     07 Sentyabr 2019 19_09_07_1567839985.jpg

Avstraliyanın Yeni Cənub Uels ştatında şəxsi vertolyot qəzaya düşüb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 6-sı radarlardan itən “İrokez” tipli helikopterin qalıqları ayın 7-si Anna-bey buxtası yaxınlığında tapılıb. Bildirilir ki, hava nəqliyyatının göyərtəsində hələlik şəxsiyyətləri məlum olmayan 4 kişi və bir qadın olub. Onların hamısı dünyasını dəyişib. Xilasedicilər ölənlərin axtarışlarını aparır.

İlkin ehtimala görə qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Açar sözlər:

Oxunub: 384