Bakının bu kəndində işıq olmayacaq


16:20     07 Sentyabr 2019 2019/09/B40418F2-3ACF-4D7F-95EF-412DDE5C5298_1567858702.jpeg

Məhəmmədi kəndinə elektrik enerjisi fasilələrlə veriləcək.

“Azərişıq” ASC-dən Femida.az -a verilən məlumata görə, “Bağlar” Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Məhəmmədi kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyasından çıxan 10 kilovoltluq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar sentyabrın 9-da kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

ASC yaranmış narahatçılığa görə istehlakçılardan üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 434