Prokuror Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxsə cəza istəyəcək


20:05     16 Sentyabr 2019 19_09_16_1568648081.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.

Prokuror çıxış üçün vaxt istədiyindən məhkəmə prosesi sentyabrın 23-ə keçirilib.

İttihama görə, Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Kürdəmir rayon sakini Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi "Güllücə" kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilov hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 962