İsrailli politoloq: "Yalnız böyük güclər maraq göstərsə, Qarabağda sülh bərqərar ola bilər"
16:58 17 Sentyabr 2019
Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi halında bərqərar ola bilər.
Bu barədə “Report”a Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında gözlənilən görüşlə bağlı fikirlərini bölüşən israilli politoloq, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib.
O, münaqişənin yalnız danışıqların formatını dəyişdirməklə həll etməyin mümkün olmayacağını qeyd edib: “Bu görüşlər mütəmadi olaraq keçirilir. Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi, habelə Ermənistanın ərazi məsələsində güzəştə razılaşması halında bərqərar ola bilər. Sülh şerlərlə, əl sıxmaqla başa gəlmir, konkret dəyişiklərə gedilməlidir”.
Ekspert qarşıdakı görüşün artıq 30 ildən artıqdır davam edən danışıqlar prosesinə hər hansı dəyişiklik gətirəcəyinə inanmadığını da diqqətə çatdırıb.
Oxunub: 552
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"