Xocavənd polisi şəhid ailələri ilə görüşdü


18:05     20 Sentyabr 2019 2019/09/b54d2a24-b3ed-4f0b-a051-ae291bb2ef5c_4706961852.jpg


Xocavənd polisi şəhid ailələri ilə görüşüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, sentyabrın 20-də Xocavənd Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Xocavənd rayon ərazisində qaçqın və məcburi köçkünlər üçün tikilmiş 146 ailəlik yeni qəsəbədə polis şəhidləri Asif Həsənov və Gəray Aslanov və eləcə də şəhid Zülfi Qədimovun ailələri ilə görüş keçirilib.



Polis əməkdaşları tərəfindən şəhid ailələrinə ərzaq yardımı edilib və dəyərli hədiyyələr verilib.

Görüş zamanı çıxış edən Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov dövlət rəhbərliyi tərəfindən şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərildiyini, onların sosial müdafiəsinin təmin edilməsi üçün mütəmadi işlər görüldüyündən bəhs edib. Həmçinin qeyd olunub ki, bu gün ölkənin müdafiə potensialının gücləndirilməsi, hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.



Sonda çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 588