İranın saxladığı Britaniya tankeri sərbəst buraxılacaq


15:21     23 Sentyabr 2019 19_09_23_1569237080.jpg

Böyük Britaniya bayrağı altında üzən “Stena Impero” tankerinin sərbəst buraxılması üçün bütün qanuni addımlar tamamlanıb.


Femida.az -ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rabii deyib.

O qeyd edib ki, tankerin nə vaxt sərbəst buraxılacağı ilə bağlı onda hər hansı məlumat yoxdur.

Xatırladaq ki, iyulun 19-da Böyük Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb və tanker Bəndər-Abbas limanına gətirilib.

Bundan əvvəl iyulun 4-də Böyük Britaniya tərəfindən Cəbəllütariqdə İran tankeri saxlanıb. İranın “Stena Impero” tankerini saxlaması Böyük Britaniyaya cavab addımı sayılırdı.

Açar sözlər:

Oxunub: 409