“Azərsu” rəhbərliyi qəbul keçirib
16:51 23 Sentyabr 2019
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.
ASC-dən Femida.az -a verilən məlumata görə, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşlarla görüşüb. Sentyabrın 20-də isə sədr müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.
Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyəti başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbullarda Göygöl, Daşkəsən, Naftalan, Goranboy və Xocalı rayonlarından olan 61 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 569
Oxşar xəbərlər
- “Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir
- “Azərsu” ASC-nin əməkdaşı iş yerində intihar edib
- “Azərsu” abonentlərə müraciət edib
- “Azərsu” 1,5 milyon manatlıq nasos alır
- “Azərsu” 4 mln manatlıq tenderlərə yekun vurub
- “Azərsu”ya borcu olanlara ŞAD XƏBƏR
- “Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb
- “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 27% artıb
- “Azərsu”nun nəzdində yeni sukanal idarələri yaradılıb
- “Azərsu” sədri qəbul keçirəcək