52 min əmanətçinin pulu geri qaytarılacaq
10:52 24 Sentyabr 2019
"Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müflis olan bankda vətəndaşların qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq".
Femida.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib:
"Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. İndiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq".
Ekspert qeyd edib ki, indiyədək müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi, lakin sığortalanmayan depozitlər ödənilmirdi.
"Halbuki bank həmin vəsaitdən istifadə edərək gəlir əldə etmişdi. Amma vətəndaş pulunu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan banklarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılacaq. Bu, o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq".
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Bağlanmış bankların əmanətçilərinə 641 mln manatdan artıq kompensasiya ödənilib
- Ləğv olunan 4 bankın əmanətçilərinə 623 mln. manat ödənilib
- Bağlanmış bankların 24 min əmanətçisinə kompensasiya ödənilib
- Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon ödənilib
- Əmanətçilərə 517 milyon manat kompensasiya verildi
- Bağlanmış 4 bankın əmanətçilərinə 517 milyon manat kompensasiya ödənilib
- Əmanətçilərə ödənilən kompensasiya 508 milyona çatıb
- Ləğv olunmuş 4 bankın əmanətçilərinə ödənilən kompensasiya 500 mln. manatı ötüb
- Bağlanan 4 bank üzrə əmanətçilərə nə qədər kompensasiya ödənilib?
- Bağlanmış bankların əmanətçilərinə 480 milyon manat ödənilib