Prezident və xanımı yeni avtobuslara baxdı - VİDEO


16:45     25 Sentyabr 2019 19_09_25_1569415550.jpg


Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.


Femida.az xəbər verir ki, yeni alınan avtobuslara baxan Prezident Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimliyə bir neçə sual ünvanlayıb.

Prezident İlham Əliyev: İndi müasir avtobusların faiz nisbəti nə qədərdir?

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli: Bu gün müasir avtobusların faiz nisbəti 21 faizdir.

Prezident İlham Əliyev: Onda biz gərək gələn il yenə avtobuslar alaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli: Bəli.

Prezident İlham Əliyev: Siz təklif verin. İndi gələn ilin investisiya proqramı müzakirə olunur. Gələn ildə kifayət qədər yeni avtobusları ölkəmizə gətizdirək.



Femida.az

Açar sözlər:

Oxunub: 522