Azərbaycan-İrlandiya əlaqələri müzakirə olundu


09:47     26 Sentyabr 2019 2019/09/15694-1569475826_1569476918.jpg

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib, əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu vurğulanıb.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb, bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 294


Oxşar xəbərlər