"Mən Ağasəlimin oğlu deyiləm" - Məşhur "taturovşik"lə bağlı xəbər yalan çıxdı


14:44     26 Sentyabr 2019 19_09_26_1569494730.jpg


Bu gün yerli KİV və sosial şəbəkələrdə İsveçdə yaşayan tanınmış tatu ustası Josef Loconun mərhum meyxanaçı Ağasəlim Çildağın oğlu olduğu iddia edilib.

"Facebook" və "Instagram" istifadəçiləri, xəbər səhifələri sözügedən şəxsin fotolarını paylaşaraq gəncin adının Yusif olduğunu, bir müddət əvvəl Azərbaycandan köçdüyünü qeyd ediblər. Həmçinin, Josefin Çildağın nikahdankənar övladı olduğu qeyd olunub.

Əldə etdiyimiz məlumata görə, meyxanaçının biri oğlan, digəri qız olmaqla iki övladı olub. A. Çildağın qızı yaşasa da, oğlu bir müddət əvvəl dünyasını dəyişib.

Eyni zamanda meyxana ustadı Ağamirzənin qardaşı axşam.az-a dayısı Ağasəlim Çildağın belə bir övladının olmadığını qeyd edib.

Bundan əlavə, Josefin Ağasəlimin oğlu olması barədə xəbər yayan Maraqlı.TV adlı instaqram səhifəsinin şəxsi mesaj yerinə tatu ustası özü də mesaj yazıb. O bildirib ki, meyxanaçının oğlu deyil: “Salam, siz bu gün mənim şəklimi paylaşmısız. Kim sizə dedi ki, mən Ağasəlimin oğluyam? Bu, doğru deyil”.

Xatırladaq ki, A.Çıldaq 2008-ci ildə dünyasını dəyişib. / qafqazinfo



Femida.az

Açar sözlər: #Ağasəlim   #tatu  

Oxunub: 2784


Oxşar xəbərlər