Dövlət bu ərazidəki torpaqları əhalidən alacaq
12:05 27 Sentyabr 2019
Nazirlər Kabineti "Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Femida.az xəbər verir ki, qərara əsasən, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.
Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
Femida.az
Oxunub: 1875
Oxşar xəbərlər
- Ukrayna MN: "Rusiya torpaqlarımızı minalayır"
- Hökumət azad edilmiş torpaqların kənd təsərrüfatı potensialını qiymətləndirib
- Gürcüstanda karxanada çökmə olub, torpaq altında qalanlar var
- Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?
- Türkiyə Prezidenti: "Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək"
- “Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta
- "Azərbaycan torpaqlarını geri qaytardı və 30 illik ədalətsizliyə son qoyuldu" - Ərdoğan
- Nepalda daşqın və torpaq sürüşmələrində 88 insan ölüb, 30 nəfər itkin düşüb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- "Bu torpaqları görməyən cavanlarımız uğrunda ölümə gedirdilər" - İlham Əliyev