Trampın vəkili Culiani Ermənistana gəlməyəcək - Putinə görə


13:57     28 Sentyabr 2019 2019/09/dfs_1569664691.jpg


ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-Yorkun sabiq meri Rodolf Culiani Avrasiya İqtisadi Birliyi çərçivəsində təşkil olunmuş konfransda iştirak etmək üçün İrəvana edəcəyi səfərini ləğv edib.


Femida.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Culiani sentyabrın 27-i səhər saatlarında qəzetə bildirib ki, konfransda iştirak edəcək, lakin axşam qərarını dəyişib.

Culiani səfərini ləğv edib, çünki Rusiya prezidenti Vladimir Putin və digər rus dövlət rəsmiləri tədbirdə iştirak edəcəklər.

“Putinin gələcəyini bilmirdim”, - deyə Culiani bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 572