Azərbaycanda yeni voleybol komandası yaradılıb


10:18     01 Oktyabr 2019 19_10_01_1569910494.jpg


Femida.az xəbər verir ki, bunu APA-ya “Azərreyl” klubunun prezidenti Fərid Xəlilov deyib.

O bildirib ki, 19 yaşlı paytaxt təmsilçisi bundan sonra təkcə qadın komandası ilə kifayətlənməyəcək. Klubun tərkibində kişilərdən ibarət komanda da yaradılıb.

2019/2020 mövsümündə “dəmiryolçular” tək qadınların Super Liqasında deyil, kişilərin Yüksək dəstəsində də mübarizə aparacaq.

“Azərreyl” həmişə olduğu kimi, milliyə voleybolçu yetişdirməyi hədəfləyib. Bu səbəbdən də kişilərdən ibarət komanda əsasən gənclərdən təşkil ediləcək. Artıq kollektivin baş məşqçisi ilə də müqavilə imzalanıb. Yeni mövsümdə “dəmiryolçular” “Lokomotiv”lə uğur qazanmış gənc mütəxəssis Xanlar Ələkbərova həvalə edilib.

Açar sözlər:

Oxunub: 564