Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı


16:20     01 Oktyabr 2019 19_10_01_1569931831.jpg

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,3 milyon manat məbləğində ipoteka krediti verilib.

Femida.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.

Avqust ayında fondun agent bankları tərəfindən cəmi beş milyon manat məbləğində ipoteka krediti verilib.

2019-ci ilin yanvar-avqust aylarında Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

Açar sözlər:

Oxunub: 298


Oxşar xəbərlər