Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq


16:16     02 Oktyabr 2019 19_10_02_1570018007.jpg

Azərbaycan və Rusiya Mahaçqala-Bakı istiqamətində hərəkət edəcək sürətli qatarın xəttə buraxılmasını planlaşdırır.

Femida.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev bildirib.

Onun sözlərinə görə, bu qatardan istifadə edən sərnişinlər gömrük yoxlamasından sadələşmiş qaydada keçəcəklər: "Bu prinsip üzrə Sankt-Peterburqla Helsinki arasında hərəkət edən qatar da işləyir".

V Vasilyev onu da bildirib ki, sürətli qatarın xəttə buraxılması məsələsi Azərbaycan və Dağıstanın müvafiq nazirlikləri arasında artıq müzakirə olunub. Bu cür qatarın istifadəyə verilməsi iki respublika arasında turist axınını artıracaq.

Açar sözlər:

Oxunub: 401


Oxşar xəbərlər