"Açıq-saçıq geyinən qadınların cəmiyyət qarşısında məsuliyyəti böyükdür" - Elşad Miri


13:09     03 Oktyabr 2019 19_10_03_1570093990.jpg


"Din qarşısında deyə bilmərəm, amma cəmiyyət qarşısında açıq-saçıq geyinən qadınların məsuliyyəti böyükdür. O da yenə baxır qadının geyimində hansı dərəcədə açıqlıq var. Əlbəttə ki, o, cəmiyyətə və mental dəyərlərə görə, məsuliyyət daşıyır".

Femida.az xəbər verir ki, bu sözləri ölkə.az-a müsahibəsində ilahiyyatçı Elşad Miri deyib. "Onda belə çıxır ki, açıq geyinməyin din qarşısında heç bir məsuliyyəti yoxdur?" sualına o, belə cavab verib:

"Allah heç zaman belə cəza növü təyin etməyib ki, qadın ya kişi hansısa yerini açsa, ona qamçı vurulsun. Elə bir anlayış yoxdur".

Femida.az

Açar sözlər: #Elşad_Miri   #qadın  

Oxunub: 1057