Kanaldan kişi meyiti ilə bağlı FHN-dən açıqlama


13:59     03 Oktyabr 2019 water_kanal_020512.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.

Bu barədə Femida.az-a FHN-dən bildirilib.

Xəbərə görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Femida.az

Açar sözlər:

Oxunub: 355