Balakən sakinindən tapança götürülüb


18:24     04 Oktyabr 2019 19_10_04_1570192284.jpg

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 448