Ayı 50 yaşlı qadını parçalayıb yedi
10:20 07 Oktyabr 2019
Rusiyada ayı 50 yaşlı qadını parçalayaraq yeyib.
Hadisə Baykalda Xiloksk rayonunda qeydə alınıb.
Vilayətin vahid dispetçer xidmətindən hadisə ilə bağlı verilən xəbərdə deyilir ki, Terepxen kəndindən 100 kilometr aralıda 1969-ci il təvəllüdlü kənd sakininin meyiti aşkar edilib. Meyitin baş nahiyəsi parçalanıb, sağ əli isə qopub.
Hadisə yerində araşdırma qrupu təhlillər aparır.
Rayon administrasiyasından qadının ayının hücumu nəticəsində öldüyü bildirilib. Son dövrlər vəhşi heyvanların kənd ətrafına gəlməsi hallarının artdığı da qeyd edilir.
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Ayı balalarını satmaq istəyən şəxslər tutuldu
- Ayı İsmayıllı sakinin hücum edib, xəsarət yetirib
- Ayıların parçaladığı şəxs bir ay sonra mağaradan sağ tapıldı — VİDEO +18
- Ayını ovlayan 6 nəfər axtarışa verildi
- Xəbərdarlıq: Ayın 15-dək hava pis olacaq
- Ayılar Qarabağda Paşinyanın qarşısını kəsdi - VİDEO
- Ayı onunla selfi çəkdirən taksi sürücüsünü parçaladı -DƏHŞƏTLİ VİDEO