Ofeliya Sənaninin vəziyyəti necədir?


10:52     07 Oktyabr 2019 19_10_07_1570431228.jpg


Xalq artisti Ofeliya Sənaninin infarkt keçirmədiyi məlum olub.


Səhiyyə Nazirliyindən Femida.az-a daxil olan məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan aktrisanın invaziv kardioloq Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 376