Samuxda kişi baldızını bıçaqlayıb
09:27 08 Oktyabr 2019
Samuxda 47 yaşlı qadın yeznəsi tərəfindən bıçaqlanıb.
Femida.az -ın “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 7-də rayonun Bağbanlar kəndində baş verib.
Belə ki, Şirvan rayon sakini 1973-cü il təvəllüdlü Həbib Orucov baldızı, Bağbanlar kənd sakini 1972-ci il təvəllüdlü Gülşən Orucovanı ailə məişət zəminində bıçaqlayıb və hadisə yerindən qaçıb.
Yaralı Gəncə şəhər A.Səhhət adına 1 saylı xəstəxanasına çatdırılıb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
H.Orucovun yerinin müəyyən edilərək istintaqa təqdim edilməsi üçün istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.
Oxunub: 407
Oxşar xəbərlər
- Samuxda evdə partlayış olub, xəsarət alanlar var
- Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
- Samuxda yanıq xəsarətləri alan uşaq xəstəxanada dünyasını dəyişib
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Samuxda parkda silah-sursat tapılıb
- Samuxda 25 yaşlı oğlan ölümcül döyülüb, qulağı kəsilib
- Samuxda fermada çoban həmkarını bıçaqlayıb
- Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu
- Samuxda gənc oğlan bıçaqlanıb
- Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələndi