Prokuror qonşusunu bıçaqlayan şəxsə cəza istəyib


20:16     08 Oktyabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən İlqar Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Femida.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə prosesi oktyabrın 16-da davam edəcək.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 31 ünvanında qeydə alınıb. 45 yaşlı Vəliyev Rüfət Xanbala oğlu bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı R.Vəliyevə bıçaq xəsarətlərinin qonşusu İlqar Əfəndiyev tərəfindən vurulduğu məlum olub.

İlqar Əfəndiyevə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 364