Gəncədə qəza: Yaralılar var


15:37     17 Noyabr 2015 144092176755e2b8a7ce582.jpg

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Museyib Bağırov küçəsində, Gəncə Telekommunikasiya İdarəsinin yaxınlığında Fəqani Hüseynovun idarə etdiyi motosikletlə Ruslan Museyibovun sükanı arxasında olduğu "Chevrolet Aveo" markalı maşın toqquşub. Nəticədə motosiklet aşıb və onun yük yerində olan sürücünün həyat yoldaşı - 43 yaşlı Səlmayə Hüseynova ağır xəsarət alıb. Fəqani Hüseynov isə yüngül xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 886