İki marşrutun hərəkəti dayandırıldı


17:18     20 May 2015 avtobuslar-baki.jpg

Bakıdakı bəzi marşrut xətləri ləğv olunub.


Femida.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov APA-ya bildirib ki, 193 və 211 saylı marşrut xətləri bağlanıb: “Həmin avtobuslar yönəldilib 205 və 207 saylı marşrutlara və həmin xətlərdə istifadə olunacaq".

Nazirliyin rəsmisi əlavə edib ki, 47, 93, 108 və 134 saylı marşrutlar üzrə hərəkət edən avtobusların son dayanacağı “Azadlıq” metro stansiyasından “Dərnəgül” metro stansiyasına doğru dəyişdirilib.

Açar sözlər:

Oxunub: 467