FHN-in keçmiş inspektorunun məhkəməsində: "Bizə dedi ki, qızıllarınıza cadu edilib"
18:05 10 Oktyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Femida.az -ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. İttihama əsasən, İ.Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.
Təqsirləndirilən şəxs özünü ittihamla təqsirli bilməyib. O ifadəsində bildirib ki, FHN-də inspektor işləyib.
İ.Bağırov deyib ki, heç kimdən işə düzəltmək üçün pul almayıb. Zərərçəkmiş Qaratel Əhmədovadan qızıl-zinət əşyaları almasını isə belə izah edib ki, qadın qızılları ona saxlamaq üçün verib, sonradan ərinə qaytarıb.
Zərərçəkmiş Qaratel Əhmədova bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub. "Bizə dedi ki, yaxşı işlərə adam düzəldirəm. Sonra bizə dedi ki, sizə cadu ediblər. Bizə falçılıq edirdi. Biz də qorxduq. Ceyran dərisi almaq, cadu pozmaq adı ilə məndən pul və qızıl əşyaları aldı. Dedi ki, qızıllara cadu-əməl ediblər. Daha sonra qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarına da işə düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün-sabah işə çıxacaqsınız".
Hakim zərərçəkmişə sual verib: "Siz də son vaxtlar İbrahimə qoşulmusunuz. Soruşanlara deyirmişsiniz ki, İbrahim bizi işə düzəldib, bu nə məsələdir?"
Q.Əhmədova bildirib ki, qohumlarına İbrahimin onları işə düzəldəcəyini, bunun üçün pul verdiyini deyib.
Proses oktyabrın 17-də davam edəcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olan İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarına qarşı dələduzluq etməkdə ittiham edilir. İ.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
Oxunub: 463
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"