Birdəfəlik müavinət uşağın anasına təyin ediləcək


15:41     11 Oktyabr 2019 2019/10/72199313_251684825749136_1675815386139852800_n_1570794195.jpg

"Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq".



Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib.

Onun sözlərinə görə bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq.

"Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına, ana olmadıqda və ya digər istisna hallarda atasına təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndəriləcək".

Kənan Əkpərovun bildirib ki, bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.

"SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək"

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 1341