Türk Şurasına sədrlik Azərbaycana keçib
11:24 14 Oktyabr 2019
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib.
Femida.az xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.
O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.
Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.
Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.
Femida.az
Oxunub: 1751
Oxşar xəbərlər
- Bu gün İstanbulda Türk Şurasının Zirvə toplantısı keçiriləcək
- Prezident Türk Şurasının Baş katibini qəbul edib
- Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib
- Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək
- Türk Şurasının baş katibi Azərbaycanı 28 May – Respublika Günü münasibətilə təbrik edib
- Ceyhun Bayramovla Türk Şurasının baş katibi bu məsələləri müzakirə etdi
- Türk Şurası azad olunmuş ərazilərinin bərpasına dair biznes-forum keçirəcək
- Türk Şurası nümayəndələri Gəncədədir
- Türk Şurasının rəsmiləri Ağdama səfər edir
- Türk Şurası rəsmiləri Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər