SOCAR Türkiyəyə investisiyalarını artıracaq
11:13 15 Oktyabr 2019
“SOCAR Turkey Enerji A.Ş.”in (“SOCAR Türkiyə”) yatırımlarının həcmi investisiya planında müəyyənləşdirilmiş göstəricilərdən (19,5 mlrd. ABŞ dolları) artıq olacaq.
Bunu Femida.az-a "SOCAR Türkiyə"nin Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.
“Bizim indiki investisiya planımız 19,5 mlrd. dollar həcmindədir. Bunun da 15 mlrd. dolları artıq təmin edilib”, - deyə LeKompte bildirib.
Buna baxmayaraq, onun sözlərinə görə, hazırda “Star” neft emalı zavodunda anbar tutumlarının artırılması layihəsi həyata keçirilir, daha sonra isə BP ilə birlikdə İzmirin Əliağa bölgəsində əlavə neft-kimya kompleksinin tikintisi layihəsinin reallaşdırılması nəzərdə tutulub, əlavə olaraq yeni araşdırma mərkəzinin tikintisi də planlaşdırılır. Bu işlərin reallaşdırılması əlavə investisiya qoyuluşuna tələb yaradır.
M. LeKompte “SOCAR Türkiyə” tərəfindən ölkə ərazisində əlavə aktivlərin alınmasını da istisna etməyib.
Qeyd edək ki, hazırda “SOCAR Türkiyə”nin nəznində “Star” neft emalı zavodu, TANAP boru kəməri, “Petkim”, “SOCAR Terminal”, “Petkim Külək Enerjisi Stansiyası”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri fəaliyyət göstərir.
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib
- SOCAR-a yeni Baş geoloq təyin olunub
- SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA
- SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub
- SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək
- SOCAR neft emalını kəskin artırıb
- SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb
- SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu
- SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir
- SOCAR Rusiya qazının tranzitini tamamlayıb