Quşçuluq müəssisəsi səhmlərini satışa çıxarır


10:04     16 Oktyabr 2019 2019/10/qusculuq_1571205990.jpg

“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi Bakı Fond Birjası QSC-də satışa çıxarılacaq.


Femida.az-ın məlumatına görə, açıq hərrac noyabrın 5-də keçiriləcək.

Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 396