ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək


14:18     20 Oktyabr 2019 2019/10/5aae339e-69c1-469f-a399-3f006793cc06_1571565763.jpg

ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.


Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.

"ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.

Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 466