Makqreqor zorakılıqda ittiham olunur
18:33 20 Oktyabr 2019
Qarışıq döyüş növləri üzrə (MMA) irlandiyalı döyüşcü Konor Makqreqor 20 yaşlı qıza qarşı zorakılıqda ittiham olunur.
Femida.az -ın “Fox News”a istinadən məlumatına görə, insidentin Dublində barlardan birinin avtomobil dayanacağında baş verdiyi bildirilir.
Döyüşcünün təmsilçiləri ittihamları qəbul etməyib. Onlar idmançının tez-tez müxtəlif şayiə və qeybətlərin qurbanı olduğunu bildirib.
Oxunub: 607