Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb
13:09 22 Oktyabr 2019
Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur.
Femida.az-ın məlumatına görə, bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, son beş il ərzində ölkədə tikinti materiallarının istehsalı 70 faizdən çox artıb:
“Bu, iqtisadiyyatın prioritet sahəsinin yüksək artım dinamikasını təsdiq edən yaxşı göstəricidir. Göstərilən müddət ərzində Azərbaycanın 17 tikinti şirkəti investisiya sənədləri alıb ki, bu da müsbət nəticədir”.
N.Səfərov əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılır və tikinti sektorunun inkişafı üçün dövlət səviyyəsində ciddi səylər göstərilir.
Oxunub: 420
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib