Cavad Zərif Bakıda ABŞ-ı sərt tənqid etdi


18:04     23 Oktyabr 2019 zerif4.jpg

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Bakıda keçirilən nazirlərin hazırlıq görüşündə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxışı zamanı bildirib ki, İran öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın nüvə sazişindən çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktorlardan biridir:

"ABŞ-ın yürütdüyü iqtisadi müharibə - iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib. Bu isə nəinki insanlığa, həmçinin, dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir. Milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək, ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib". Cavad Zərif qeyd edib ki, ABŞ-ın bu siyasi kursunun qarşısını almaq və ya heç olmasa bu kursun təsirini azaltması üçün Qoşulmama Hərəkatına üzv ölkələrinin sıx əməkdaşlıq, kollektiv və yenilikçi düşüncə ilə bir-birinə yaxınlaşması vacibdir.

Femida.az

Açar sözlər:

Oxunub: 427