İtkin düşən ana və qızları tapıldı


12:10     24 Oktyabr 2019 2018/06/ana-itkin-qadin_1529389947.jpg

Xaçmazda itkin düşən ana və qızları tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Lent.az -a Xaçmaz rayonu, Çığır kəndinin tabe olduğu Aşağı Zeyid bələdiyyəsinin sədri Tərlan Paşayev məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı Tatyana Uryadnikova dünən evinə gələrək ailəsi ilə barışıb:

"Tatyananın evdə yaranmış ailə münaqişəsi zəminində evdən çıxıb getdiyi deyilir. Yoldaşı əsəbi halda onu vurub. Dalaşıblar, qadın da buna dözməyib və qızlarını da götürərək evdən çıxıb. Bələdiyyəmizin əməkdaşları da onun dünən evinə qayıtdığını görüb. Gəlib, ailəsi ilə də barışıblar".

Qeyd edək ki, Xaçmaz rayonu, Çığır kənd sakini Tatyana Uryadnikova qızları 6 yaşlı Esmira və 4 yaşlı Jannanı da götürərək evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Açar sözlər:

Oxunub: 491