Kredit borcunu ödəməyənlərin sayı 3 dəfə azalıb
13:02 24 Oktyabr 2019
2019-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə kreditor borclarını ödəməkdən qəsdən yayınma halı 3 dəfə azalıb.
Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma hallarında 2,2 dəfə azalma olub: "İctimai mənəviyyat əleyhinə olan cinayətlər 1,5 dəfə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər 30,2 faiz, xuliqanlıq 24,8 faiz, dələduzluq 24,1 faiz, quldurluq 23,8 faiz, hədə-qorxu ilə tələb etmə 20,4 faiz artıb, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə 18,5 faiz, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər 14,3 faiz, insan alveri ilə bağlı cinayətlər 4,5 faiz, oğurluq halları 1,7 faiz azalıb”.
Bundan başqa, qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 3 dəfə, qaçaqmalçılıq 1,7 dəfə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər 1,6 dəfə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 36,3 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 25,3 faiz, qanunsuz ağac kəsmə 25 faiz, soyğunçuluq cinayətləri isə 2,1 faiz artıb”.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- Kredit borcları silindi
- Kredit ikinci ali təhsil alanlara da veriləcək
- Kredit borcunu gecikdirənlərə ŞAD XƏBƏR – Mərkəzi Bank QƏRAR VERDİ
- Krediti olanlara ŞAD XƏBƏR: Sentyabr ayınadək...
- Krediti olanlara ŞAD XƏBƏR - Dövlət belə dəstək olacaq
- Kreditlərə güzəşt ediləcəkmi? — AÇIQLAMA
- Kredit borcu ilə bağlı tələblərə hansı məhkəmələrdə baxılacaq?
- Kreditlərin restrukturizasiyası nə vaxt başa çatır? - AÇIQLAMA
- Kredit borcu olan vətəndaşa ünvanlı sosial yardım düşürmü? - VİDEO
- Kredit borcu olan vətəndaşa ünvanlı sosial yardım düşürmü?