Firudin Səməndərov vəfat edib


17:46     24 Oktyabr 2019 2019/10/Firudin-m_1571925520.jpg

Hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərov vəfat edib.



Femida.az -ın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.


Qeyd edək ki, Firudin Səməndərov 1969-cu ildən başlayaraq BDU-da müəllim, dosent, professor, kafedra müdiri kimi səmərəli fəaliyət göstərib, 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildən Cinayət hüququ və kriminologiya kafedrasının müdiridir. Hüquq elmi sahəsində 100-dən çox elmi əsərin, o cümlədən 90 elmi məqalənin, 3 monoqrafiya, 17 kitab, dərslik, dərs vəsaitinin müəllifidir. Onun rəbərliyi altında 3 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru yetişib.

Açar sözlər:

Oxunub: 3484