"İran Azərbaycanın yanında olub və olacaq" - Həsən Ruhani
21:00 24 Oktyabr 2019
"İran Azərbaycanın yanında olub və olacaq".
Femida.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
"Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq", - deyə o qeyd edib.
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- İran Cəbrayılda xəstəxana tikəcək