“Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
12:12 27 Oktyabr 2019
"Azərbaycanın Qoşulmayanlar Hərəkatına qarşıdakı üç ildə sədrlik etməsi onun KTMT-də müşahidəçi statusu almasına maneə törətmir. Azərbaycan daxili və beynəlxalq problemlərə daha yaxşı reaksiya verə bilmək üçün bu blokda müşahidəçi statusunda təmsil oluna bilər".
Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə qənaətlə rusiyalı politoloq Yevgeni Mixaylov çıxış edib. Onun bildirdiyinə görə, Rusiya Bakıya KTMT-də müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında “real irəliləyiş” əldə etməyə imkan yarada bilər.
Politoloq iddia edib ki, hazırda Rusiya “Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonun “ Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür.
“Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”, - Mixaylov deyib.
Oxunub: 686
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"