“Sumqayıt” - “Neftçi” matçında 6 qol vuruldu


20:08     27 Oktyabr 2019 2019/10/11891-1572190669_1572192610.jpg

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun növbəti oyunu keçirilib.

Femida.az xəbər verir ki, çempionluğa iddialı "Neftçi" klubu səfərdə "Sumqayıt"la qarşılaşıb. “Kapital Bank Arena” stadionunda baş tutan matç qonaqların 2:4 hesablı qələbəsilə yekunlaşıb.

Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran "Neftçi" turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Sumqayıt" isə 10 xalla 5-cidir.

Qeyd edək ki, 9-cu tura sabah keçiriləcək "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 782