Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək


17:06     19 Noyabr 2015 mud%20naz.jpg

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli dekabrın əvvəlində Azərbaycana səfər edəcək.


Femida.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, noyabrın 19-da Şimali Amerika və Avropa ölkələrinə iki həftəlik səfərə yola düşüb.
Nazirin səfəri Kanadadan başlayacaq, oradan Nyu-Yorka gedərək, BMT-nin sülhməramlı missiyasının rəhbərliyi ilə görüşəcək.

Tinatin Xidaşeli ABŞ-dan Avropaya səfər edəcək. Nazir iki həftəlik səfərinin sonunda Bakıya gələcək.

Açar sözlər:

Oxunub: 840