Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin qərarından protest verib
19:10 28 Oktyabr 2019
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cari il yanvarın 18-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mazda” markalı 99-BD-702 dövlət qeydiyyat nişanlı avtomobillə Lalə Sadayzadənin ölümünə səbəb olmuş təqsirləndirilən şəxs Sabir Talıblının cinayət məsuliyyətindən azad edilərək məhkəmənin qərarı əsasında azadlığa çıxması ilə bağlı informasiyalar yer alıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Səbail rayon məhkəməsinin hökmü ilə Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı ilə S.Talıblıya təyin olunmuş 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 4 il 6 aya endirilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verib.
Cinayət işi üzrə məhkəmə baxışı 13 noyabr 2019-cu il tarixə təyin olunub.
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib