525 saylı marşrut xətti üzrə əlavə 20 avtobus istifadəyə veriləcək


09:26     29 Oktyabr 2019 19_10_29_1572326786.jpg

Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub.

Qurumun mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq.

Açar sözlər:

Oxunub: 521


Oxşar xəbərlər