“Mak Marin LTD” şirkəti mükafata layiq görüldü (FOTOLAR)


15:38     29 Oktyabr 2019 2019/10/mak-marin-emekdaslari_1572348234.jpg

“Mak Marin LTD” şirkətinin baş sponsorluğu ilə Bakıda “Kids Miss and Mister” uşaq model yarışması baş tutub.


Şirkətin direktoru Mətanət Süleymanzadə bildirib ki, məqsədləri gələcəyimiz olan uşaqlara dəstək olmaqdır. O, qeyd edib ki, təmsil etdiyi şirkət təkcə böyüklər üçün yox, həmçinin uşaqlar üçün də çalışır. Xanım direktor bundan sonra da “Mak Marin LTD” nin belə layihələrə dəstək olacağını qeyd edib.




“Biz bu tədbirə sponsorluq etməklə onu bildirmək istəyirik ki, təkcə böyüklərin yox, həmçinin uşaqların da yanındayıq. Şirkət yarandığı zaman məqsədlərimizdən biri ehtiyacı olan əhalinin yanında olmaq və onlara müxtəlif cür dəstək göstərməkdir. Az bir müddət fəaliyyətə başlamağımıza baxmayaraq müəyyən işlərimiz var.”





Gecədə həmçinin təşkilatçılar tərəfindən modellərə, fotoqraflara, müxtəlif peşə sahiblərinə mükafatlar təqdim edilib. Mükafat alanlar sırasında “Mak Marin LTD” şirkətinin direktoru Mətanət Süleymanzadə də olub. O, “İlin çalışqan iş xanımı ” mükafatına layiq görülüb. Şirkət rəhbəri onları qiymətləndirən təşkilatçılara minnətdarlığını bildirərək bu kimi mükafatların onlara stimul verdiyini söyləyib.




“ Bizə verilən bu mükafat “Mak Marin” ailəsinin uğurudur. Biz çalışacağıq ki, bundan sonra da bizə olan ümid və etibarı doğruldaq. Məqsədimiz insanlara xidmət etməkdir. Hər kəsi bizimlə əməkdaşlığa dəvət edirik.”, deyə şirkətin direktoru bildirib.
Gecədə həmçinin şirkətin gənc əməkdaşları göstərdikləri fəaliyyətə görə təltif olunub. Məlumat üçün qeyd edək ki, şirkət əməkdaşlarının böyük əksəriyyəti məhz gənclərdən ibarətdir.

Gecədə incəsənət nümayəndələrinin maraqlı çıxışları, şou proqram tədbirə rəng qatıb.

Sonda münsiflərin səsverməsi nəticəsində qaliblər müəyyənləşib və onlara hədiyyələr təqdim olunub.

Məlumat üçün qeyd edək ki, “Mak Marin LTD” şirkəti bu ilin əvvəlində yaradılıb. Şirkətin əsas məqsədi sıfırda olan vətəndaşların ixtisaslaşaraq işlə təmin olunması və gənclərə dəstək olmaqdır. Artıq onlar müəyyən nəticələrə nail olub. “Mak Marin” LTD vasitəsilə qısa müddətdə 100-dən artıq qaynaqçı, elektrik və müxtəlif peşə sahibləri ixtisaslaşaraq işlə təmin olunub. Şirkət bir neçə xarici ölkələrlə əməkdaşlıq edir. Xüsusuilə ərəb ölkələri və Türkiyə ilə müqavilə bağlanaraq sifariş əsasında müxtəlif peşə sahibləri şirkətlərə göndərilir.






Açar sözlər: #mak_Marin   #mükafat   #Mətanət_Süleymanzadə  

Oxunub: 3775