Zəhraya Məhəmməd adı qoyanları hansı cəza gözləyir? QANUN


01:18     08 Fevral 2018 SAd%20baby.jpg



Son günlər sosial şəbəkələrdə uşaqlara qoyulan adlar müzakirə olunmaqdadır. Yerli mediada yayılan xəbərlərə görə, bir neçə oğlana qız və yaxud qızlara oğlan adları qoyulub. Bu məsələ cəmiyyətdə heç də, birmənalı qarşılanmadı.

Bəs oğlana qız adı və yaxud əksinə qızlara oğlan adının verilməsi onun hüquqlarının pozulması deyilmi? Qanunvercilikdə bu haqda nə deyilir?


Femida.az suala aydınlıq gətirmək məqsədi ilə vəkillər kollegiyasının üzvü Asif Abdullayevin münasibətini öyrənib. Asif Abdullayev açıqlamasında bunları bildirib.




“ Uşağın cinsinə uyğun olmayan və ona gülünc gətirən adın verilməsinə rəsmən yol verilmir. Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən, son illərdə xeyli sayda oğlan uşaqlarına qız adları, qız uşaqlarına isə oğlan adları verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 1.4.-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Uşaq hüquqları haqqında beynəlxalq Konvensiyayaya əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər social təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

Göründüyü kimi, oğlan uşağına qız adının verilməsi və yaxud, qız uşağına oğlan adının verilməsi, həmçinin gülünc doğuran adın verilməsi qadağandır. Bu qanunvericiliyin pozulması deməkdir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4923


Oxşar xəbərlər