Atasının başdaşı hissələrə bölünüb supermarketə döşəndi - FOTOLAR
11:52 31 Oktyabr 2019
Qazaxıstanda məzar daşları hissələrə bölünərək supermarketdə mərmər olaraq istifadə edilib.
Femida.az xəbər verir ki, Ust Kamenokorsk şəhər sakini Natalya Andreyeva 15 il əvvəl dünyasını dəyişən atasının qəbir daşlarını “Aləm” ticarət mərkəzinin döşəməsində görüb və bərk qəzəblənib.
Natalya Andreyevanın sözlərinə görə, 2014-cü ildə vəfat edən atasının məzar daşı yeniləndikdən sonra köhnə başdaşının hara aparılmağından xəbərsiz olub.
"Köhnə şəklin yox ildiyindən əmin idik, çünki bizə verilməmişdi. Beş il sonra bu üzücü xəbəri aldıq" , – deyə Andreyeva bildirib.
Femida.az
Oxunub: 2052