Nalbandyandan Bakıya mesaj: Sabah oxuyarsınız


21:49     19 Noyabr 2015 nalbandyan-04-05-15.jpg

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin Qarabağla bağlı suallarını cavablandırmaqdan imtina edərək ictimaiyyətin bu barədə sabah ətraflı oxuya biləcəyini vurğulayıb.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bu müəmmalı bəyanatı Nalbandyan Ermənistan parlamentinin xarici məsələlər üzrə komitəsinin qapalı iclasından sonra bildirib.

`İclasda Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesi müzakirə olunubmu` sualına nazir belə cavab verib: “Təbii ki. Xarici məsələlərdən danışarkən necə Dağlıq Qarabağ məsələsinə toxunmamaq olar? Bütün məsələlər müzakirə olunub”.

Nalbandyanın sözlərinə görə, AŞPA-nın qış sessiyasında anti-erməni qətnaməsi də müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1244