Məhərrəm ayında toylar davam edib - 9 mindən çox nikah bağlanıb
16:19 03 Noyabr 2019
Müsəlman aləmində təziyyə ayı kimi qeyd olunan Məhhərəm ayı bu il Miladi təqvimlə 1 sentyabr - 29 sentyabr, Səfər ayı isə 30 sentyabr - 30 oktyabra təsadüf edib.
Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə sitayiş edən müsəlmanlar olduğundan bu aylarda adətən toylara, şənlik məclislərinə ara verilir. Əhalinin çox hissəsi məscidlərdə əzadarlıq məclislərində, dini mərasimlərdə iştiraka üstünlük verirlər.
Femida.az bildirir ki, Modern.az məsələnin aktuallığını nəzərə alaraq Məhərrəm və Səfər aylarında, yəni sentyabr-oktyabr aylarında Azərbaycanda qeydə alınan nikahların sayı ilə maraqlanıb.
Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda 2019-cu ilin 10 ayı ərzində 46.745 nəfər nikaha daxil olub:
"Ayrılıqda 2019-cu ilin sentyabr ayında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qeydə alınan nikahların sayı 4735, oktyabr ayında 4430 olub".
Rəsmi məlumatda həmçinin bildirilib ki, ötən ilin sentyabr ayında ölkədə 5740, oktyabr ayında 4842 nəfər münasibətlərini rəsmiləşdirib.
Rəsmi rəqəmlərdən də göründüyü kimi, bir çox hallarda Azərbaycanda toy çalınmasa da, vətəndaşlar Məhərrəm və Səfər ayı olmasına baxmayaraq, rəsmi nikaha daxil olmaqdan imtina etməyiblər.
Femida.az
Oxunub: 731
Oxşar xəbərlər
- Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb
- Məryəm Həsənova amerikalı ilə saxta nikaha girdi, ABŞ ordusunda xidmətə başladı və ...
- Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb
- Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb
- "ASAN xidmət"də qazimizin nikahı qeydə alındı - VİDEO
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- 11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN
- Bir ildə Azərbaycanda 35 576 nikah qeydə alınıb
- Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb
- Nikaha daxil olmaq istəyən şəxslərin NƏZƏRİNƏ - QANUN DƏYİŞDİ