Yol kənarında dayanan şəxsi maşın vurdu


09:28     04 Noyabr 2019 piyada_olumu_233.jpg

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax magistralında qeydə alınıb.

Yük maşınının sürücüsü Şirvan şəhər sakini 1964-cü il təvəllüdlü Mikayılov Rəfael Ayazxan oğlu idarə etdiyi avtomobilin təkərində nasazlıq yarandığından kabinədən düşərək təmir işlərinə başlayıb. Həmin vaxt həmin istiqamətdə hərəkətdə olan digər avtomobil R.Mikayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı kəllə-beyn travması ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 261