Azərbaycan Təhsil Şəbəkəsi genişlənir - Şagirdlərin 93, müəllimlərin isə 89 faizi ...
10:21 04 Noyabr 2019
Bu ilin birinci yarımili ərzində Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub. Şəbəkə hazırda respublikanın 3 186 ümumtəhsil məktəbini əhatə edir. Ölkə üzrə şagirdlərin 93 faizi, müəllimlərin isə 89 faizi internetlə təmin olunub.
Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Təhsil Şəbəkəsi ölkənin ümumi təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən geniş intranet şəbəkəsidir. Layihənin icrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılıb. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.
Azərbaycan Təhsil Şəbəkəsi ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək şagirdlərin ixtiyarına verilir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM